Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
Bakı, 15 iyul AZƏRTAC
Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısında baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır.
Digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.
1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar