×
A
A
A
Sazlamalar

İsmayıllıda meşədə narkotik tərkibli çətənə bitkisi yetişdirən şəxs tutulub

İsmayıllı, 14 iyul, AZƏRTAC

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik bitkilər yetişdirən 1961-ci il təvəllüdlü, Qalınçaq kənd sakini Seyidov Şahin Əlixan oğlu tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qalınçaq kəndi ərazisində, meşədə 750 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri aşkarlanaraq götürülüb. Çətənə bitkisi kəndin sakini Şahin Seyidova məxsus olub.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-07-14 20:16:00