Dövlət Turizm Agentliyi Şəki Xan Sarayının qarşısında baş verən hadisə ilə bağlı açıqlama yayıb
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.
İlkin məlumata görə, hadisə ilə bağlı 19 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Xəstəxanaya yerləşdirilən 2 şəxsə görə paytaxtdan yüksəkixtisaslı mütəxəssislər çağırılıb.
Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə baş verən kimi Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə yola düşüb.
Cəmiyyətin daha dəqiq məlumatlandırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birgə ətraflı açıqlamanın yayılması nəzərdə tutulur.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO