×
A
A
A
Sazlamalar

Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür

Bakı, 14 iyul, AZƏRTAC
1969-cu il 14 iyul Azərbaycan tarixinin xüsusi səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi həmin gün dövlətimizin tərəqqisinin başlanğıcı oldu. Müdrik siyasətçinin atdığı qətiyyətli addımlarla ölkəmiz inkişaf yoluna qədəm qoydu, bütün sahələrdə dirçəliş başladı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Aftandil Verdiyev söyləyib.
A.Verdiyev deyib: "Ümummilli Liderin vətənə, millətə sevgisi onun hər addımında özünü büruzə verirdi. Ulu Öndər ana dilimizin dövlət səviyyəsində təsbiti, cəmiyyətdə geniş istifadəsi üçün çalışırdı. Uzaqgörən dövlət xadimi təhsilin inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması üçün də tədbirlər görürdü. Onun bir amalı, istəyi var idi. Azərbaycanı zülmətdən aydınlığa çıxarmaq. Digər ölkələrdən hər sahədə geri qalan Azərbaycan qısa zaman ərzində inkişaf etməyə, intibah dövrünü yaşamağa başladı. Təbii ki, bütün bunlar görkəmli dövlət xadimi Heydər Əliyevin atdığı məqsədyönlü addımların nəticəsi idi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümüdür. Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yenilənmələr olub, səmərəli islahatlar aparılıb. Azərbaycan xalqı vətən üçün əvəzsiz xidmətləri olmuş müdrik liderini unutmayacaq, onun əziz xatirəsini daim yaşadacaq”.

Cəmiyyət 2019-07-14 00:52:00