×
A
A
A
Sazlamalar

Lənkəranda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

Lənkəran, 13 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 13-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tələbələrin iştirak etdikləri tədbirdə çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və Vətən qarşısında misilsiz xidmətlərindən danışıb. Diqqətə çatdırılıb ki, bu gün hər birimizin borcu Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdir.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin şərəfli həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.

Regionlar 2019-07-13 17:58:00