×
A
A
A
Sazlamalar

Astarada UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına həsr olunmuş konsert təşkil olunub

Astara, 13 iyul, Bağır Əliyev, AZƏRTAC

Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Lənkəran Regional Mədəniyyət İdarəsi üzrə planlaşdırılan tədbirlər çərçivəsində Astara rayonunun mədəniyyət müəssisələrində - Mərkəzi Kitabxanada, Tarix-Diyarşünaslıq Muzeyində, Heydər Əliyev Mərkəzində, Dövlət Rəsm Qalereyasında təqdimatlar, kitab və rəsm sərgiləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin tədbirlərin yekunu olaraq Astara şəhərindəki park-bulvar kompleksində Astara Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert təşkil edilib.
Gənc ifaçıların iştirak etdiyi konsertdə Bakıda keçirilən beynəlxalq tədbir barədə tamaşaçılara məlumat verilib.

Regionlar 2019-07-13 17:47:00