×
A
A
A
Sazlamalar

Azərbaycan aliminin məqaləsi nüfuzlu jurnalda dərc olunub

Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşının elmi məqaləsi Polşanın Belostok Universitetinin “Eastern European Journal of Transnational Relations” jurnalında dərc edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı Nərgiz Hacıyevanın məqaləsi “Avropada beynəlxalq miqrasiyanın çağdaş dinamikaları: problemlər və perspektivlər” mövzusunda olub.
Qeyd edək ki, məqalənin dərc olunduğu jurnal CEEOL, “POL index”, “Google Scholar” və “Open access data” bazasına daxildir.
Elmi məqalə http://eejtr.uwb.edu.pl/wp-content/uploads/EEJTR-2018-Vol.-2-No.-2-Hajiyeva.pdf linkində yerləşdirilib.

Elm və təhsil 2019-07-13 15:28:00