×
A
A
A
Sazlamalar

Həyətində çətənə kolları əkən Goranboy sakini tutulub

Bakı, 13 iyul, AZƏRTAC

Goranboy Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xoylu kənd sakini 52 yaşlı Elman Hüseynova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb. Şahidlərin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 24 çətənə kolu aşkarlanıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynovun yaşadığı evindən və həyətindəki tövlədən ümumi çəkisi 5 kiloqram 727 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla əlaqədar Goranboy RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisə 2019-07-13 14:53:00