×
A
A
A
Sazlamalar

Avqustun 1-dən əl-Küveyt-Bakı-əl-Küveyt mövsümi aviareysləri başlayır

Bakı, 13 iyul, Elvin Camalov, AZƏRTAC

“Kuwait Airways” aviaşirkəti avqustun 1-dən əl-Küveyt-Bakı-əl-Küveyt mövsümi reyslərinə başlayır.
AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, reyslər həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bir istiqamət üzrə aviabiletlərin qiyməti 285 manatdan başlayır.
Uçuşlar “Airbus A320-100/200” təyyarələri ilə yerinə yetiriləcək.

Nəqliyyat 2019-07-13 14:18:00