×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 100 milyon manat cəlb edir

Bakı, 13 iyul, AZƏRTAC
İyulun 15-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AZƏRTAC banka istinadla xəbər verir ki, hibrid hərracda 100 milyon manat vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,51-8,49 faiz təşkil edir.

Maliyyə 2019-07-13 14:16:00