×
A
A
A
Sazlamalar

Heydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib

Ağdam, 13 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Heydər Əliyev Fondu tərəfindən Ağdam rayonunun Evoğlu kəndində şəhid anası Qənirə Əmrahovanın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi yaşayış evi tikilərək istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrinin, kənd sakinlərinin iştirak etdikləri mərasimdə ölkəmizdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən xeyirxah işlərdən bəhs edilib.
Bildirilib ki, üç övladı və nəvəsi şəhid olan Qənirə Əmrahova üçün inşa edilən üçotaqlı evin ümumi sahəsi 80 kvadratmetrdir. Otaqlar zəruri avadanlıqla təchiz edilib.
Mərasim iştirakçıları mənzildə yaradılan şəraitlə tanış olublar.
Şəhidin anası Qənirə Əmrahova göstərilən qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Regionlar 2019-07-13 13:00:00