×
A
A
A
Sazlamalar

DİN: adada köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edilib

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 12-də saat 20:40 radələrində Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində qayığın aşması və iki balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları təxirəsalınmaz tədbirlərlə hadisə yerinə gəliblər. S.Hənifəzadə və H.Hüseynov vətəndaşların köməyi ilə xilas edilərək sahilə çıxarılıblar.
Faktla bağlı DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

 

Hadisə 2019-07-13 12:20:00