×
A
A
A
Sazlamalar

Vergilər Nazirliyinə yeni səlahiyyət verilib

Bakı, 13 iyul, AZƏRTAC

Sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılacaq. Nazirlər Kabineti bununla bağlı “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qüvvədə olan qaydaya əsasən, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun orqanları həyata keçirirlər. Fondun orqanları bu nəzarəti məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun görürlər.
Dəyişikliyə əsasən, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Dövlət Sosial Müdafiə Fondu və vergi orqanları həyata keçirəcəklər. Fondun orqanları və vergi orqanları bu nəzarəti sığortaedənlərin və sığortaolunanların uçotu qaydasına uyğun aparacaqlar.

Maliyyə 2019-07-13 12:07:00