×
A
A
A
Sazlamalar

Budapeşt Qran-Prisində daha iki cüdoçumuz mübarizəyə başlayır

Bakı, 13 iyul, AZƏRTAC 

İyulun 12-də Budapeştdə start götürən cüdo üzrə Qran-Pri turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışların ikinci günü daha iki cüdoçumuz mübarizəyə başlayır. Komandamızın üzvü Telman Vəliyev (73 kq) portuqaliyalı Nuna Saraivo, Araş Ağayi (81 kq) argentinalı idmançı Luçenti Emmanuel Luçenti ilə mübarizə aparacaq. Qeyd edək ki, Qran-Pri turnirinin birinci günündə 7 cüdoçumuz mübarizə aparıb. Komandamızın aktivində hələlik medal yoxdur.

İdman 2019-07-13 11:34:00