×
A
A
A
Sazlamalar

Şahmatçımız Serbiyada keçirilən “Paraçin 2019”da 4-cü yeri tutub

Bakı, 13 iyul, AZƏRTAC 

Serbiyada keçirilən və Azərbaycan şahmatçılarının da iştirak etdikləri “Paraçin 2019” açıq A turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımızdan Nail Bəşirli yarışda ən yüksək nəticə göstərib. Doqquz turdan 7 xal toplayan təmsilçimiz turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Yarışın qalibi 7,5 xalla serbiyalı İvan İvanisevic olub. Digər təmsilçilərimiz Abdulla Qədimbəyli 6, Vüqar Əsədli 5,5, Mustafa Məmmədov 4 xal toplayıblar.
Yarışda 32 ölkədən 166 şahmatçı mübarizə aparıb.

İdman 2019-07-13 11:32:00