×
A
A
A
Sazlamalar

Bu vaxtadək sahibkarlara 333 investisiya təşviqi sənədi verilib

Bakı, 13 iyul, AZƏRTAC

İndiyədək sahibkarlara investisiya dəyəri 2,8 milyard manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.
M.Musayev bildirib ki, layihələrin 41 faizi kənd təsərrüfatı, 59 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minədək iş yerinin açılacağı gözlənilir.

 

İqtisadiyyat 2019-07-13 11:34:00