×
A
A
A
Sazlamalar

İyunda Gömrük Komitəsinin Çağrı mərkəzinə 3685 zəng edilib

Bakı, 13 iyun, AZƏRTAC

Bu ilin iyununda Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı mərkəzinə 3685 zəng daxil olub.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, daxil olan zənglərin 644-ü elektron xidmətlər, 352-si gömrük ödənişləri, 516-sı fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlı olub. Həmçinin zəng edən şəxslərdən 302-si sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru və digər mövzularla bağlı müraciət ünvanlayıb.

İqtisadiyyat 2019-07-13 11:33:00