×
A
A
A
Sazlamalar

Azərbaycan taekvondoçusu Ümumdünya Yay Universiadasında bürünc medala sahib olub

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 12-də İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ölkəmizi təmsil edən taekvondoçulardan Patimat Abakarova bürünc medala sahib olub.
AZƏRTAC xəbər verir ki, 53 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Çin (18:0), Rusiya (11:5) və almaniyalı (5:2) rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Növbəti koreyalı rəqibi isə keçilməz olub. İdmançımız rəqibinə 1:0 hesabı ilə məğlub olub.
Beləliklə, komandamız universiadanı bir bürünc medalla başa vurub.

İdman 2019-07-13 06:28:00