×
A
A
A
Sazlamalar

“Diaspor fəaliyyəti və media” mövzusunda müzakirələr aparılıb

Bakı, 12 iyul, AZƏRTAC

“Nəsimi-650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçıları ilə “Diaspor fəaliyyəti və media” mövzusunda müzakirələr təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, müzakirələrdə ekspert qismində “APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid İsmayıloğlu iştirak ediblər.
Azərbaycan mediasının bugünkü fəaliyyəti və perspektivləri barədə məlumat verilib, diaspor fəaliyyətində medianın rolu qiymətləndirilib.
Gənclər Azərbaycan mediasının beynəlxalq əlaqələri barədə suallar veriblər. Sosial şəbəkədə gənclərin fəallığı, xaricdə media orqanı təsis etmək imkanları, diaspor gənclərinin şəbəkələşməsində yeni medianın rolu, müasir müzakirə platformalarının yaradılması kimi məsələlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı infoqrafik diaspor xəritəsi gənclərə təqdim olunub.

Cəmiyyət 2019-07-12 21:15:00