×
A
A
A
Sazlamalar

Antuan Qrizman “Barselona” klubu ilə beşillik müqavilə imzalayıb

Bakı, 12 iyul, AZƏRTAC

Futbol üzrə Fransa millisinin və “Atletiko Madrid” klubunun hücumçusu Antuan Qrizman “Barselona” komandasına transfer olunub.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı futbolçu ilə beşillik müqavilə imzalayıb. “Barselona” bu transferə görə “Atletiko Madrid” klubuna 120 milyon avro ödəyəcək.
A.Qrizman bu ilin mayında rəsmi “Twitter” hesabında “Atletiko Madrid” klubunun azarkeşləri və məşqçiləri ilə vidalaşıb.
O, Madrid təmsilçisinin heyətində beş dəfə İspaniya Super kubokunun, bir dəfə UEFA Avropa Liqasının və UEFA Super kubokunun qalibi olub.

İdman 2019-07-12 17:42:00