×
A
A
A
Sazlamalar

Kitabxana əməkdaşları Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər

Bakı, 12 iyul, AZƏRTAC 

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əməkdaşlar mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.
Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Onlar Yasamal rayon Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

Mədəniyyət 2019-07-12 17:14:00