×
A
A
A
Sazlamalar

Regional münaqişələr “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin inkişafına maneə yaradır

Batumi, 12 iyul, AZƏRTAC
Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı üzv ölkələr üçün çox önəmlidir. Proqram iştirakçı ölkələrə daha güclü inkişaf üçün geniş imkanlar verir. Əgər regional münaqişələr olmasaydı, tərəfdaş ölkələrdə daha çox proqram və layihələr həyata keçirilə bilərdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia söyləyib. Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrdə mövcud münaqişələr ümumi inkişafa mane olur. Nazir müavini deyib ki, bu münaqişələr həm də Avropada təhlükəsizliyə təhdiddir. Hesab edirəm ki, bu münaqişələrin həlli bizim regional inkişafımıza daha böyük imkanlar yaradar.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi

Siyasət 2019-07-12 17:22:00