Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

 Bakı, 12 iyul, AZƏRTAC 

Ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyi və kollektivi iyulun 12-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə əklil qoyub.
Bu barədə AZƏRTAC-a AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Yol təsərrüfatında uğurların əldə olunması ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonraya təsadüf edir. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” ideyası ilə bu sahənin inkişafında müstəsna rol oynayan dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri sayəsində yol tikintisində o dövr üçün elmin ən son nailiyyətlərindən istifadəyə başlandı.
Ümummilli Lider ölkənin gələcək inkişaf strategiyasında yol təsərrüfatının inkişafına xüsusi həssaslıqla yanaşırdı. Ölkənin inkişafı istiqamətində əhəmiyyətli addımlar atan Ulu Öndər bilirdi ki, iqtisadiyyatın əsas sütunlarından olan yol təsərrüfatının yenidən qurulması həllini gözləyən ən vacib məsələlərdən biridir.
Ümummilli lider Heydər Əliyev “Tarixi İpək Yolu”nun bərpası ideyasını xəyaldan reallığa çevirdi. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti daha da artdı, Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit məkanına çevrildi.
Ulu Öndərin bu müdrik siyasətinin nəticəsidir ki, bu gün də yol təsərrüfatının inkişafına xüsusi önəm verilir və sözügedən sahə dövlət başçısı tərəfindən daim diqqətdə saxlanılır.

 

Cəmiyyət 2019-07-12 18:20:00