×
A
A
A
Sazlamalar

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri vətəndaşlarla görüşüblər

Bakı, 12 iyul, AZƏRTAC 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 12-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Beyləqan rayonunda, Rafiq Aslanov isə Ağcabədi rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər.
ASC-dən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi və müxtəlif məsələləri əhatə edib.
Z.Quliyev Beyləqan rayonunda keçirdiyi qəbulda 13, R.Aslanov da Ağcabədidə eyni sayda vətəndaşı qəbul edib. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən ASC-nin sədr müavinləri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə məsul işçilərə müvafiq tapşırıqlar veriblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-07-12 16:31:00