×
A
A
A
Sazlamalar

Azərbaycanda su itkilərinin azaldılmasına dair müzakirələr aparılıb

Bakı, 12 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Şərq Tərəfdaşlığı” ölkələri üçün Avropa İttifaqının Su Təşəbbüsü proqramının rəhbəri Mixael Sutterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı beynəlxalq məsləhətçilərlə ölkədə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, sudan səmərəli və təkrar istifadə, su itkilərinin azaldılması, ehtiyatlarının qorunması ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlığın vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ekologiya 2019-07-12 15:21:00