Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstan Şərq-Qərb avtomagistralının tikintisinə böyük həcmdə vəsait ayırıb

Batumi, 12 iyul, AZƏRTAC
Şərq-Qərb avtomagistralı Avropa və Asiyanın birləşdirilməsi üçün mühüm layihədir. Gürcüstan bu yolun tikintisinə böyük həcmdə vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili iyulun 12-də Batumidə keçirilən “Şərq tərəfdaşlığı”nın 10 illiyinə həsr olunan beynəlxalq konfransdakı çıxışında deyib.
Nazirin sözlərinə görə, Gürcüstanda iri infrastruktur layihələrin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bu layihələr başa çatdıqdan sonra Gürcüstan-Azərbaycan sərhədindən Gürcüstan-Türkiyə sərhədinədək olan avtomobil yolunu 2 dəfə daha az vaxta qət etmək mümkün olacaq.
“Gürcüstanda, həmçinin yük və sərnişin daşımaları üçün əsas vasitə olan dəmir yollarının modernləşdirilməsi də davam etdirilir”, – deyə o vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi

Nəqliyyat 2019-07-12 15:10:00