×
A
A
A
Sazlamalar

Ulu Öndərin hakimiyyətə gəlişi Azərbaycan tarixində uzunmüddətli və sürətli inkişafın əsasını qoyub

Sumqayıt, 12 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Iyulun 12–də Sumqayıtda yerləşən YAP Qubadlı rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, idarə, müəssisə, YAP ərazi ilk partiya təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.
Əvvəlcə iştirakçılar Ulu Öndərin binanın foyesindəki büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramlar yad ediblər.
Çıxışlarda Ümummilli Liderin 1969-cu ilin iyul ayının 14-də Azərbaycana rəhbər təyin edilməsini taleyin xalqımıza bir bəxşişi kimi dəyərləndirilib. Bildirilib ki, bu hadisə ölkəmizin tarixində uzunmüddətli və sürətli inkişafın əsasını qoyub. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atıb. Ulu Öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail olub. Qeyd edilib ki, 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyev bütün sahələrdə digər sovet respublikaları ilə müqayisədə dəfələrlə geridə qalan ölkəmizi dirçəltmək missiyasını uğurla icra edib.
Sonra tədbirdə “Heydər Əliyev və 1969-1982-ci illərdə Azərbaycan”, “Heydər Əliyev və 1982-2003-cü illərdə Azərbaycan” adlı məruzələr dinlənilib.
Sonda bir qrup şəxsə YAP Qubadlı rayon təşkilatının Fəxri fərmanları və yeni üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

Regionlar 2019-07-12 15:03:00