Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan şahmatçılarının da iştirak etdikləri “Paraçin 2019” turnirində sonuncu turun oyunları keçirilir

Bakı, 12 iyul, AZƏRTAC

Serbiyada keçirilən və Azərbaycan şahmatçılarının da iştirak etdikləri “Paraçin 2019” açıq A turnirində sonuncu turun partiyaları oynanılır.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımız Nail Bəşirli və Abdulla Qədimbəyli 8 turdan 6 xal toplayaraq müvafiq olaraq dördüncü və səkkizinci pillələrdə qərarlaşıblar. Digər təmsilçilərimiz Vüqar Əsədli 5,5, Mustafa Məmmədov 3,5 xal toplayıblar.
Turnir cədvəlinə 7 xalla serbiyalı İvan İvanisevic rəhbərlik edir.
Yarışda 32 ölkədən 166 şahmatçı mübarizə aparır. Turnir İsveçrə sistemi üzrə keçirilir.

İdman 2019-07-12 14:59:00