Narkotik vasitə və psixotrop maddələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 12 iyul, AZƏRTAC
Narkotik vasitə və psixotrop maddələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İran vətəndaşı Nasiri Shamlou Mehran Yousef oğlu və Azərbaycan vətəndaşı Xakipur Jalə Mikayıl qızının Azərbaycan ərazisinə narkotik vasitə gətirəcəkləri barədə əməliyyat məlumatı daxil olub. Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun gömrük nəzarət zonasında vətəndaşlar saxlanılıb, onların üzərinə və əl yüklərinə baxış keçirilib. Şəxsi yoxlama zamanı onların üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşların tibbi müayinəsi nəticəsində Nasiri Shamlou Mehran Yousef oğlunun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 2 ədəd bağlamada 72 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və 86 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin aşkarlanıb. Əl yüklərinə baxış zamanı isə xanım vətəndaşa məxsus əl çantasının içərisindən 1 ədəd 100 millilitrlik plastik qabda və digər vətəndaşın şəxsi geyim əşyalarının yerləşdirildiyi qara rəngli çamadanın içərisindən isə 2 ədəd 50 millilitrlik dəmir qabda spesifik iyli metadon məhlulu aşkar edilib.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO