Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibədə 18 namizəd uğur qazanıb

Bakı, 12 iyul, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (57 vəzifə) növünə aid olan 59 vakant vəzifənin tutulması üçün iyunun 28-də başlayan müsabiqənin müsahibə mərhələsi davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 12-si saat 14:20-yə olan məlumata görə, müsahibədə iştirak edən namizədlərdən 18 nəfər müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələri iyulun 19-da başa çatacaq.
Qeyd edək ki, mayın 16-da elan olunmuş müsahibədə iştirak etmək üçün 264 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 117 namizəd) qeydə alınıb.

Elm və təhsil 2019-07-12 14:23:00