Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Air Canada”ya məxsus təyyarə hava boşluğuna düşüb, 37 nəfər xəsarət alıb

Bakı, 12 iyul, AZƏRTAC

Kanadanın Vankuver şəhərindən Avstraliyaya uçan “Air Canada” aviakompaniyasına məxsus təyyarənin hava boşluğuna düşməsi nəticəsində 37 sərnişin xəsarət alıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yaralıların həkim nəzarətindən keçməsi üçün təyyarə Havay adalarına məcburi eniş edib.
İnsident zamanı təyyarənin göyərtəsində 269 sərnişin və 15 ekipaj üzvü olub. Təyyarə havaya qalxdıqdan təxminən dörd saat sonra Sakit okean üzərində hava boşluğuna düşüb. Layneri kəskin bucaq altında aşağı uçub və kəmərləri bağlı olmayan sərnişinlər kreslodan yıxılıb, bəziləri isə tavana çırpılıb.
Qonolulu şəhərinin xəstəxanalarına aparılan yaralıların çoxunun boynu və beli əzilib. Onlardan doqquzu ağır zədələr alıb.
Aviakompaniyanın nümayəndəsi bildirib ki, uçuş bərpa olunmazdan öncə təyyarə xüsusi baxışdan keçəcək.

Dünya 2019-07-12 11:17:00