×
A
A
A
Sazlamalar

XV Avropa Gənclər Yay Olimpiya Festivalında Latviyanı 34 idmançı təmsil edəcək

Riqa, 12 iyul, AZƏRTAC 

İyulun 21-27-də Bakıda keçiriləcək “EYOF 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında Latviyanı 34 idmançı təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, latviyalı atletlər Festivalda idmanın yeddi növü - yüngül atletika, üzgüçülük, gimnastika, tennis, cüdo, velosiped idmanı üzrə yarışlarda güclərini sınayacaqlar. Latviya ilk dəfə olaraq komanda idman növlərində iştirak etməyəcək. Bu ölkənin komandasında ən çox idmançı yüngül atletika yarışlarında mübarizə aparacaq.
Latviya yığma komandasının heyətində 15 məşqçi yer alacaq.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

İdman 2019-07-12 14:10:00