Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi Yaşar Doğu turnirində mübarizəyə qoşulacaq

Bakı, 12 iyul, AZƏRTAC

İstanbulda tanınmış türk pəhləvanı, Olimpiya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir davam edir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın ikinci günündə daha iki sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Mübarizəyə təsnifat mərhələsində başlayan Əli Rəhimzadə 65 kiloqram çəki dərəcəsində Tunisli idmançı Kaireddine Ben Telili qarşılaşacaq. Digər güləşçimiz Abubakr Abakarov (79 kq) dörddəbir mərhələdə ABŞ təmsilçisi Aleksandr Deyvid Dirinqer ilə üz-üzə gələcək.

İdman 2019-07-12 13:42:00