×
A
A
A
Sazlamalar

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın “Tokio 2020”yə təsnifat turniri üçün heyəti açıqlanıb

Bakı, 12 iyul, AZƏRTAC 

“Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamızın heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi Leyla Parşkova, Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Abduləzimova, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bezsonova, Kristsina Yaqubova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Alıyeva, Marharita Əzizova, Mariya Kiriliuk, Kseniya Pavlenko təmsil edəcəklər. Millimiz təlim-məşq toplanışı üçün artıq Bolqarıstana yola düşüb. Komanda daha sonra Rusiyada və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Voleybolçularımız hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama oyunları da keçirəcəklər.
Bakıdakı hazırlıq prosesində 30-a yaxın idmançı iştirak etsə də, xaricdəki təlim-məşq toplanışına 15 idmançı cəlb olunub.
Voleybolçu qızlarımız Braziliyaya iyulun 24-də Türkiyədən yola düşəcəklər.

İdman 2019-07-12 13:30:00