×
A
A
A
Sazlamalar

Saatlıda bu günədək bağlardan 371 tondan çox ərik yığılıb

Saatlı, 12 iyul, Mahir Babayev, AZƏRTAC

Saatlıda meyvə yığımı uğurla davam edir. Ötən il çoxillik meyvə bağlarından 2300 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.
Rayon statistika idarəsinin rəisi Seyfəddin Soltanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən aylarında rayondakı 2 min 501 hektar meyvə bağından 2 min 74,8 ton meyvə toplayıblar. Yığılmış məhsulun 119,4 tonu alma, 371,6 tonu ərik, 194,3 tonu albalı, 262,5 tonu gavalı, 691,7 tonu alça, 149,6 tonu gilas, 285,7 tonu isə sair meyvələrdir.
Tədarük olunan əriyin demək olar ki, hamısı rayonun Qaranuru, Fətəlikənd, Şirinbəyli kəndlərinin, alçanın isə yarıdan çox Dədə Qorqud, Əhmədbəyli və Əlisoltanlı kəndlərinin bağbanları tərəfindən yığılıb.

Kənd təsərrüfatı 2019-07-12 12:10:00