Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanda neft hasilatı azalıb, əmtəəlik təbii qaz istehsalı isə artıb

Bakı, 12 iyul, AZƏRTAC

Ölkədə neft hasilatı 3 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 35 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-iyun aylarında 23,6 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 3 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 35 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz çoxalıb.

Neft - qaz 2019-07-12 11:15:00