×
A
A
A
Sazlamalar

Ümumqoşun Orduda zabitlərin döyüş zamanı idarəetmə bacarığı yüksək səviyyədədir

Naxçıvan, 12 iyul, AZƏRTAC

Əlahiddə Ümumqoşun Orduda bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı olub.
Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, toplantı çərçivəsində nəzəri və praktiki məşğələlərə cəlb edilmiş zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.
Toplantıya Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində yekun vurulub. Tədbirdə bildirilib ki, bölük, batareya komandirləri və müavinləri real döyüş şəraitində keçirilən məşğələlərdə atıcı silahlardan, zirehli döyüş maşınlarından, raket-artilleriya sistemlərindən və silahlanmaya yeni daxil edilmiş ən müasir hərbi texnikalardan məharətlə istifadə edərək yüksək nəticə göstəriblər.

Regionlar 2019-07-12 11:29:00