×
A
A
A
Sazlamalar

KOB-lar Qubada Regional Mətbəx Festivalında iştirak edəcəklər

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 27-28-də Quba rayonunda Regional Mətbəx Festivalı keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, agentliyin tərəfdaşlığı ilə təşkil olunacaq festivalda Quba və ətraf rayonlarda qida, ictimai-iaşə və turizm sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar da öz məhsul və xidmətlərini təqdim edəcəklər.
Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba Destinasiya Menecmenti Təşkilatı və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçiriləcək festivalda yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş ediləcək, "Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq.

Regionlar 2019-07-12 11:07:00