AZƏRTAC Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni saxlama vahidi təqdim edib
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyi tərəfindən 7087 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Təqdim edilən sənədlər Prezident İlham Əliyevin 2017-ci ilin ikinci yarım ilində Şirvan, Qax, Zaqatala, Samux, Gədəbəy, Yevlax, Şəmkir, Neftçala, Salyan, Qobustan, Şamaxı, Gəncə, Tərtər, Sabirabad və Naxçıvan Muxtar Respublikasına (MR) səfərlərini, regionların sosial-iqtisadi inkişafını, Bakı şəhərində və Naxçıvan MR-də məktəb-liseylərin yeni binalarının açılışında dövlət başçısının iştirakını, hərbi hissələrin binalarının yenidən qurulmasını, Binəqədi-Novxanı, Pirşağı-Novxanı, Məmmədli-Digah-Mehdiabad avtomobil yolunun, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, parkların, mədəniyyət abidələrinin əsaslı təmirini əks etdirir.
Həmçinin dövlət başçısının 2017-ci ilin ikinci yarım ilində İran, Fransa, Polşa, Türkiyə, Latviya, Belçika və Pakistana etdiyi səfərlərdə qəbul edilmiş sənədlərdə öz əksini tapıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tədbirləri, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçirilən Ümumxalq Yürüşü, Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunmuş idman tədbirləri də qəbul olunmuş fotosənədlərdə əksini tapıb.
Hazırda arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb