Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avropa İttifaqı Şurası İtalyanın tələbi ilə miqrasiya məsələsini müzakirə edəcək

Roma, 12 iyul, AZƏRTAC
İtaliya və Maltanın tələbi ilə miqrasiya məsələsi Avropa İttifaqın Şurasının gündəmində yer alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ANSA informasiya agentliyi yayıb.
Qeyd olunub ki, miqrasiya axınlarını idarə etmək üçün Aİ-də yeni strukturlaşdırılmış mexanizm məsələsi iyulun 15-də Şurada müzakirə ediləcək.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-07-12 05:53:00