×
A
A
A
Sazlamalar

M.Məmməd-Quliyev: Regional münaqişələr həll olunmasa, bölgədə tərəqqiyə nail olmaq çox çətin olacaq

Batumi, 12 iyul, AZƏRTAC

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan ilə Ermənistan arasında hər hansı bir əməkdaşlığın qurulmasına çalışır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.
Onun sözlərinə görə, bu məsələyə obyektiv yanaşmaq lazımdır. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdikcə bu ölkə ilə Azərbaycanın hər hansı bir əməkdaşlığı ola bilməz.
M.Məmməd-Quliyev deyib ki, regional münaqişələr həll olunmasa, bölgədə tərəqqiyə nail olmaq çox çətin olacaq.
“Ona görə də, ilk növbədə münaqişələr həll olunmalı, dövlətlərin ərazi bütövlüyü bərpa edilməlidir” - deyə, nazir müavini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi

Siyasət 2019-07-12 00:18:00