×
A
A
A
Sazlamalar

“Səbail” klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ilk oyunda uduzub

Bakı, 11 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 11-də Bakının “Səbail” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyunda “Bayıl Arena”da Rumıniyanın “Universitatea” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi doğma meydanda 2:3 hesabı ilə uduzub. Bakılıların heyətində Ağabala Ramazanov 33-cü və 82-ci dəqiqələrdə fərqlənib.
Komandalar arasındakı cavab görüşü bir həftə sonra oynanılacaq.
Bu cütlüyün qalibi Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılarsa “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

İdman 2019-07-11 22:19:00