×
A
A
A
Sazlamalar

“Neftçi” komandası “Speranta” ilə oyunda birinci hissədən sonra 2:0 hesabı ilə irəlidədir

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi”-“Speranta” oyununun ilk hissəsi komandamızın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk dəqiqələrdən irəli atılan Bakı təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. “Neftçi” istəyinə matçın 16-cı dəqiqəsində nail olub. Rauf Əliyevə qarşı kobud oyuna görə rəqibin qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Emin Mahmudov zərbəni dəqiq yerinə yetirib - 1:0. Oyunun 36-cı dəqiqəsində Dario Frederikonun ötürməsindən sonra Stiven-Jozef Monroz hesab arasındakı fərqi iki topa çatdırıb – 2:0.
Beləliklə, oyunun ilk hissəsi “Neftçi”nin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

İdman 2019-07-11 22:00:00