×
A
A
A
Sazlamalar

“Neftçi” komandası UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ilk oyununu keçirir

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində paytaxtın “Neftçi” komandası səfərdə Moldovanın “Speranta” klubu ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, "Zimbru” stadionundakı oyunda flaqmanın heyətində ilk onbirlikdə Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivotsyuk, Kiril Petrov, Ömər Buludov, Mamadu Kane, Emin Mahmudov, Vangelis Platellas, Stiven-Jozef Monroz, Rauf Əliyev və Dario Frederiko yer alıblar.
“Speranta”nın heyətində isə meydana Daniel Avdyuşkin, Maaquera Mendoza, Mixail Bolun, Nogueira Barbosa, Ponce Ramirez, Ambasso Eloundou, Fula Perea, İçaka Tiehi, Şetefan Efros, Maksim Yurku və Alişer Mirzoyev çıxıblar.
Komandalar arasında cavab oyunu bir həftə sonra keçiriləcək.
Görüşü şimali irlandiyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Tim Marşala Pol Robinson və Odri Neteri kömək edirlər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirir. Qarşılaşmanın UEFA nümayəndəsi ukraynalı Anna Bordyuqovadır.
Roberto Bordinin yetirmələri rəqiblə ilk qarşılaşmadan sərfəli nəticə ilə qayıtmağa çalışacaq.
“Ağ-qaralar” bu mərhələni keçəcəyi təqdirdə avroliqanın debütantı Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.

 

İdman 2019-07-11 20:01:00