Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Osman Aydınlı: Azərbaycanda İslam və digər dinlərlə bağlı dəyərli tədqiqat işləri aparılır

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycanda İslam və digər dinlərlə bağlı dəyərli tədqiqat işləri aparılır. Konfransa təqdim edilən məruzələr bunu bir daha təsdiq edir.
Bu fikri AZƏRTAC-a müsahibəsində “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumun iştirakçısı, Mərmərə Universitetinin İlahiyyat fakültəsinin müəllimi Osman Aydınlı söyləyib.
Qafqaz bölgəsində İslamın yayılmasında Azərbaycanın rolundan danışan Osman Aydınlı bildirib ki, İslam yayıldığı dövrdə Azərbaycan çox mühüm ticarət mərkəzi olub. Həmçinin Azərbaycan xalqının mütəfəkkir şairləri bu dinin bəşəri dəyərlərini əks etdirən qiymətli ədəbi-fəlsəfi əsərlər yaradıblar.

Elm və təhsil 2019-07-11 20:39:00