×
A
A
A
Sazlamalar

Gürcü nazir: Rusiyanın embarqosu Gürcüstana dörd milyard lari zərər vura bilərdi

Tbilisi, 11 iyul, AZƏRTAC
Rusiyanın Gürcüstana embarqo tətbiq etməsi nəticəsində ölkəmiz 4 milyard lari (təqribən 1,5 milyard dollar) itirə bilərdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava jurnalistlərə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, ilk növbədə turizm sektoruna 750 milyon dollar məbləğində ziyan dəyə bilərdi: “Biz ilin sonuna turizmdən 1,5 milyard dollardan çox gəlir götürməyi proqnozlaşdırmışıq. Digər zərbə Rusiyadan gələn pul köçürmələri ilə bağlı olardı. Keçən il Rusiyadan ölkəmizə 600 milyon dollar pul köçürülüb. Bu il də belə bir rəqəm gözləyirdik. Eyni zamanda, kənd təsərrüfatı, şərab və mineral suların ixracı nəticəsində 300 milyon dollar gəlir götürməyi nəzərdə tutmuşuq. Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının Gürcüstana qarşı embarqo tətbiqinə dair qərarını təsdiq etmədi”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-07-11 19:23:00