×
A
A
A
Sazlamalar

“Səbail” və “Universitatea” oyunu başlayıb

Bakı, 11 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 11-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Bayıl Arena”da paytaxtın “Səbail” klubun Rumıniyanın “Universitatea” komandası ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, “Səbail” klubunun ilk onbirliyində Daniel Bojinovski, Elvin Yunuszadə, Şəhriyar Rəhimov, Urfan Abbasov, Eriko, Yevqeni Koçuk, Maykl Essien, Rahid Əmirquliyev, Bilal Həmdi, Mirabdulla Abbasov və Ağabala Ramazanov yer alıblar.
“Universitatea” komandasının heyətində isə meydana Mirko Pilyaçello, Renato Keliç, Boqdan Vetejolo, Mixay Roman, Aleksandru Matey, Nikuşor Banku, Kamer Caka, Antoniy İvanov, Kristian Berbuc, Stefan Aka və İvan Martiç çıxıblar.
Komandalar arasında cavab oyunu bir həftə sonra keçiriləcək.
Oyunu maltalı hakimlər briqadasına həvalə olunub. Baş hakim Fyodor Zammitə Dunkan Sultana və Teodore Zammit kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakim funksiyasını Mario Apap yerinə yetirəcək.
“Səbail” Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılarsa “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

İdman 2019-07-11 20:00:00