×
A
A
A
Sazlamalar

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır

Astara, 11 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 11-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, böyük rəhbərin ömür yoluna həsr olunmuş “Əbədiyyət yolu” sənədli filminə baxıb. Sonra Mərkəzin “Rəssamlıq” dərnəyinin üzvlərinin Ulu Öndərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə Mərkəzin nümayəndəsi Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçib.
Ümummilli Liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial- iqtisadi, eləcə də humanitar sahələrdə əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkişaf etdirilir.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, respublikaya rəhbərlik etdiyi dövrdə ulu öndər Heydər Əliyev var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr edib. O, nəhəng quruculuq işlərinin təşəbbüskarı olub.

Regionlar 2019-07-11 18:28:00