×
A
A
A
Sazlamalar

Azərbaycan şahmatçıları Serbiyada “Paraçin 2019” turnirində çıxışlarını davam etdirirlər

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan şahmatçıları Serbiyada keçirilən “Paraçin 2019” açıq A turnirində çıxışlarını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımız Nail Bəşirli və Abdulla Qədimbəyli 7 turdan 5,5 xal toplayaraq müvafiq olaraq dördüncü və yeddinci pillələrdə qərarlaşıblar. Digər təmsilçilərimiz Vüqar Əsədli 5, Mustafa Məmmədov 3,5 xal toplayıblar.
Yarışda 32 ölkədən 166 şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

İdman 2019-07-11 18:48:00