×
A
A
A
Sazlamalar

Stolüstü tennisçilərimiz gənclər arasında Avropa çempionatının finalına yüksəliblər

Bakı, 11 iyul, AZƏRTAC

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı keçirilir.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, oğlanlardan ibarət Azərbaycan yığma komandası çempionatın yarımfinalında Belçika yığmasına qalib gələrək finala vəsiqə qazanıb.
Final görüşündə komandamızın rəqibi Rusiya yığması olacaq.

İdman 2019-07-11 17:58:00